Bu gün “Formula -1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula -1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Telexeber.az xəbər verir ki, 10 komandadan 20 pilotun iştirak etdiyi mötəbər yarış 6 kilometrlik Bakı Şəhər Halqasında keçirilir. 20 döngə və 51 dövrədən ibarət trek ümumilikdə 306 kilometr məsafəni əhatə edir. Start və finiş xətləri Azadlıq meydanında yerləşir.
Yarışın ilk günündə “Formula - 2” üzrə sərbəst yürüş və sıralama turu, “Formula -1” -də isə iki sərbəst yürüş təşkil olunacaq:

10:00 – “Formula - 2” : Sərbəst yürüş
12:30 – “Formula -1” : Birinci sərbəst yürüş
14:30 – “Formula - 2” : Sıralama turu
17:00 – “Formula -1” : İkinci sərbəst yürüş

Paytaxtın simvolik məkanlarından keçən trek məşhur alman memar Hermann Tilke tərəfindən layihələndirilib. Yarış zamanı tamaşaçılar İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu mənzərəsini izləyə bilirlər.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən Formula 1-ə ev sahibliyi edir. İlk yarış Avropa Qran-prisi adı ilə keçirilib və Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazanıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən Qran-pri baş tutmayıb.
Популярный ролик