Gəncədə karantin qaydalarını pozan iaşə obyektləri aşkarlandı
- 12.05.2020, 07:59,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Telexeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi masklaradan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.
Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub.
Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.