Bu küçədə minib-düşmə yeri yaradıldı
- 04.12.2025, 08:34,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında minib-düşmə yeri təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Telexeber.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata əsasən, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.