Bu rayona 30 sm qar yağdı - FOTO
- 14.01.2026, 15:11,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Qax rayonunun bir sıra dağ kəndlərinə güclü qar yağıb, yollar xüsusi texnika ilə qardan təmizlənir.
Telexeber.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 13 nömrəli Yol İstismarı MMC-dən məlumat verilib.
Bildirilib ki, səhər saatlarından etibarən, Qorağan-Qax-Zaqatala, Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu avtomobil yollarında hərəkətin intensivliyini təmin etmək üçün yollar texnikalar vasitəsilə qardan təmizlənib.
Hazırda Qaxın Sarıbaş kəndində qarın qalınlığı 30, İlisu kəndində isə 20 santimetrdir.

