65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verildi
- 18.05.2020, 08:26,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa ləğv olunub.
Telexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir.
Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.