Bulvar və parklara giriş bərpa olundu
- 18.05.2020, 08:29,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağa aradan qaldırılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.