
Azərbaycanda qida sənayesində keyfiyyət, təhlükəsizlik və davamlılıq anlayışları getdikcə daha çox ön plana çıxır. Bu prinsipləri fəaliyyətinin əsas xəttinə çevirən müəssisələrdən biri də Rövşən Ələkbərovun rəhbərlik etdiyi “Pak Ət” müəssisəsidir. Şirkət dönər istehsalı sahəsində peşəkar yanaşması və məsuliyyətli fəaliyyəti ilə tanınır.
“Pak Ət” müəssisəsi əsasən toyuq ətindən dönər məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi planlı və mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Hazırlanan məhsullar müasir qablaşdırma üsulları ilə paketlənərək ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dönərxanalara operativ şəkildə çatdırılır. Bu yanaşma iaşə obyektlərinin stabil və keyfiyyətli məhsulla təmin olunmasına imkan yaradır.
Mütəxəssislərin fikrincə, dönər istehsalının vahid məkanda həyata keçirilməsi qida təhlükəsizliyi baxımından mühüm üstünlüklər yaradır. Qida təhlükəsizliyi üzrə ekspertlər bildirir ki, “Pak Ət” kimi ixtisaslaşmış müəssisələrdə istehsalın hər mərhələsinə nəzarət edilməsi məhsulun keyfiyyətinin qorunmasına xidmət edir.
“Mərkəzləşdirilmiş istehsal, düzgün temperatur rejimi, gigiyenik qablaşdırma və planlı logistika istehlakçıya çatdırılan məhsulun təhlükəsizliyini təmin edən əsas amillərdir. Bu model müasir qida sənayesində ən etibarlı yanaşma hesab olunur,” – deyə qida təhlükəsizliyi üzrə ekspert qeyd edir.
“Pak Ət” müəssisəsi yalnız istehsal fəaliyyəti ilə deyil, eyni zamanda yerli istehsalın inkişafına, məşğulluğun artırılmasına və qida sektorunda peşəkar kadrların formalaşmasına verdiyi töhfə ilə də seçilir. Şirkətin fəaliyyəti dönər sektorunda keyfiyyət standartlarının yüksəlməsinə müsbət təsir göstərir.
Bazar iştirakçılarının fikrincə, “Pak Ət” ilə əməkdaşlıq edən dönərxanalar hazır və nəzarətdən keçmiş məhsulla təmin olunduqları üçün xidmət keyfiyyətini daha da yüksəltmək imkanı əldə edirlər. Bu isə son nəticədə istehlakçı məmnuniyyətinə xidmət edir.
“Pak Ət” brendi qida sənayesində etibarlılıq, məsuliyyət və peşəkarlıq prinsiplərini özündə birləşdirərək bazarda mövqeyini möhkəmləndirməyə davam edir.
Telexeber.az