İtkin-şəhid Qılman Hacıyev dəfn edildi
- 20.02.2026, 15:51,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyev dəfn olunub.
Telexeber.az Report-a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Kələntərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Q.Hacıyev 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb.

