Millət vəkili Fazil Mustafa Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.
Telexeber.az xəbər verir ki, F.Mustafa korrupsioner məmurlardan danışıb. Millət vəkili bu cür şəxsləri xəstə adlandırıb: "Bunlar manyakdırlar, xəstədirlər, bunlar pul yığmaqdan, ceyran əti yeməkdən zövq alırlar. Vaxtilə Sovet dövründə imkanlı adam ceyranının dişini çəkdirib, ona qızıl diş qoydurmuşdu. Bugünkü məmurlar isə 10 qızıl diş qoydurub".