Xalq artistinə yüksək vəzifə verildi - FOTO
- 22.05.2020, 07:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib.
Telexeber.az xəbər verir ki, bu barədə oxu.az-a sənətçinin özü açıqlama verib.
F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:
"Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”.