Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 15.03.2026, 09:56,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın qərb rayonlarından martın 15-i başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Telexeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.