Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Telexeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Популярный ролик