Bakı şəhərinin əhalisinin sayı açıqlanıb
- 29.05.2020, 08:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.
Telexeber.az apa-ya istinadən xəbər verir ki, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.
Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.