Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü
- 29.05.2020, 08:57,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(apa)