Şəmkirdə yerli idarəetmədə seçilən fəaliyyət – Rasim Mustafayevin iş prinsipi diqqət çəkir
- 05.05.2026, 17:31,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkir rayonunda peşəkarlığı, sadəliyi və insanlara yaxın münasibəti ilə seçilən isimlərdən biri də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev hesab olunur. Uzun illərdir məsul vəzifədə çalışan Rasim Mustafayev rayonda öz işinə ciddi yanaşan, daim fəaliyyətin içində olan rəhbər şəxslərdən biri kimi tanınır.
Rayonun kənd və qəsəbələrində yaranan məsələlərin vaxtında araşdırılması, vətəndaş müraciətlərinə operativ münasibət göstərilməsi və yerli özünüidarəetmə orqanları ilə koordinasiyalı fəaliyyət istiqamətində görülən işlər onun fəaliyyətində xüsusi yer tutur. Onu tanıyanlar bildirirlər ki, Rasim Mustafayev kabinetdən idarə edən rəhbərlərdən deyil, problemləri yerində araşdırmağa üstünlük verən, insanlarla birbaşa təmasda olan məsuliyyətli idarəçilərdəndir.
Şəmkirdə bir çox sakinlər Rasim Mustafayevi sadə davranışı, kollektivlə işləmə bacarığı və vətəndaşlarla ünsiyyət qurmağı bacaran rəhbər kimi xarakterizə edir. Məhz bu xüsusiyyətlər onun rayon ictimaiyyətində rəğbətlə qarşılanmasına səbəb olan əsas amillərdən biri sayılır.
Qeyd olunur ki, yerli idarəetmə sahəsində koordinasiyanın gücləndirilməsi, ərazilərdə nizam-intizamın qorunması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən işlərdə Rasim Mustafayevin xüsusi əməyi var. O, öz fəaliyyəti ilə “kreslo adamı” olmadığını, daim işinin başında dayanan rəhbər olduğunu praktik fəaliyyəti ilə nümayiş etdirir.
Bu gün Şəmkirdə onun haqqında səslənən müsbət fikirlər də məhz insanların etimadını qazanmağı bacaran idarəçi obrazının formalaşdığını göstərir.
Telexeber.az