Akif İslamzadənin vəziyyəti açıqlandı
- 12.05.2026, 11:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır".
Telexeber.az xəbər verir ki, bu məlumatı oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
"Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib.
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.