Naxçıvana uçuşlar təxirə salındı
- 17.05.2026, 10:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
Bu barədə Telexeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.