WUF13-ün dördüncü gününə start verilir
- 20.05.2026, 10:40,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü gününə start verilir.
Telexeber.az xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək.
Gün ərzində ümumilikdə 150-dək tədbirin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, mayın 18-də WUF13-ün rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.