Bu məhsullar ağciyərləri koronavirusdan qoruya bilər - SİYAHI
- 17.06.2020, 09:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyalı mütəxəssislər ağciyərləri koronavirusdan qoruyan məhsulların adını açıqlayıb.
Telexeber.az xəbər verir ki, dietoloq Alexandro Kanovas bildirib ki, yumurta, düyü, mavi balıq və qoz nəfəs sistemini möhkəmləndirməyə kömək edir.
Ağciyərlərin vəziyyəti pisləşdikdə orqanizmin zülala tələbatı artır. Yumurtanın tərkibində isə A vitamini, eləcə də keyfiyyətli zülallar var.
Bundan başqa, ağciyərlərə pomidor, üzlü süd və su müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, pomidorun tərkibində olan C vitamini antioksidant kimi nəfəslə bağlı problemlərin qarşısının alınmasında kömək edə bilər.