Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
- 27.05.2026, 14:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.