Bakıda bu forum baş tutacaq

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.

Telexeber.az xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə baş tutacaq.
Популярный ролик