6 rayonda avtomobil yolları təmir ediləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.

Telexeber.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.

Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.
Популярный ролик