TAP-la indiyədək İtaliyaya 49,5 milyard kubmetr təbii qaz nəql olunub - Pərviz Şahbazov

Azərbaycanın İtaliyaya qaz ixracı artmaqda davam edir. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyədək İtaliyaya ümumilikdə 49,5 milyard kubmetr təbii qaz nəql olunub.

Telexeber.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov İtaliya Respublikasının Milli Günü münasibətilə "X" sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkənin neft-qaz ixracının əhəmiyyətli hissəsi məhz bu istiqamətə yönəldilir.

P. Şahbazov qeyd edib ki, çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan–İtaliya münasibətləri yeni investisiya layihələri, enerji əməkdaşlığı və humanitar sahədə təşəbbüslərlə daha da möhkəmlənir.
Популярный ролик