Xanlar Vəliyev: "Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, cinayətlərin 99,5 faizi açılmışdır"
- 26.07.2020, 14:39,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır".
Telexeber.az xəbər verir ki, bu sözləri Hərbi Prokurorluqda əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Hərbi prokuror qeyd edib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülmüş, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır.