Bu şəxslər rayonlara gedə bilərlər — AÇIQLAMA
- 19.08.2020, 15:36,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimində müəyyən yumşalmalar tədbiq edilir. Belə ki, avqustun 18-də açıq havada olan ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bu gün hər kəsi maraqlandıran məsələ rayonlara gediş-gəlişə nə zaman icazə verilməsidir. Koronavirus testindən keçən şəxslərin rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?
Telexeber.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, müəyyən yumşalma prosesləri getdiyinə görə Bakı şəhərində çimərliklərdə, restoranlarda və iaşə obyektlərində insanların sıxlığı müşahidə olunur:
"Sıxlığı təbii yollarla, yəni havaların isti keçməsini nəzərə alaraq və pandemiya şəraitinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə insanların rayonlara getməsini şərait yaradılmaldır. Təbii ki, bu müəyyən Bakı şəhərində sıxlığın və basabasın ortadan qaldırılmasına da kömək edəcək. Eyni zamanda ibu nsanlarımız istirahət etməsi ilə yanaşı Bakı şəhərini boşatmasına və buradakı restoranlarda, iaşə obyektlərində virusun yayılmasının qarşısını alınması üçün də effektli olar. Burada əsas hansı çərçivədə insanların rayonlara buraxılması məsələsidir. Bu barədə mütəxəssislər daha doğru qərar verə bilər".
Deputat qeyd edib ki, rayona gedib istirahət mərkəzlərində və kirayə ev tutmaq vətəndaşların müəyyən qədər maddi imkanı yəqin ki, vardır. İnsanlarımız koronavirus testindən keçərək rayonlara gedə bilər. Əlbəttə analizin qiyməti normal standartlarda olmaq şərti ilə. Polis postlarında koronavirus testinin nəticəsini göstərməklə rayonlarda koronavirusun yoluxma sayının artma ehtimalını sıfıra endirər. Təbii ki, bunlar müxtəlif təkliflərdir. Hesab edirəm ki, Operativ Qərargahdakı mütəxəssislər bu təkliflərin hansının daha doğru olduğunu bizdən yaxşı bilir. Biz təkliflərimizi bölüşürük. Dövlətimizin əsas məqsədi insanlarımızın təhlükəsizliyini və sağlamlığını qorumaqdır. Ondan sonra isə vətəndaşın istirahət hüququnun təmin edilməsi, sosial və iqtisadi cəhətdən düşmüş olduğu problemdən çıxarılması və digər amillərdə nəzərə alınmalıdır".