TƏBİB məlumat yaydı - SON DƏQİQƏ
- 21.08.2020, 09:19,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda koronavirusla bağlı 20 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Telexeber.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Son sutkada koronavirusa görə 6174 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 855 min 802-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 179, süni tənəffüs cihazında olan xəstə sayı 24 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə 34 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 1738 nəfərdir.