Karantin rejimi ilə əlaqədar ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsə də, "Sədərək" və "Binə" ticarət mərkəzləri onlayn ticarət adı altında fəaliyyət göstərirlər.
Telexeber.az bildirir ki, müştərilərin mühafizəçilərə 5 manat verərək iri ticarət mərkəzlərinin ərazisinə daxil olduqları bildirilir. "Baku tv"-nin əməkdaşı ticarət mərkəzlərinə yollanaraq oradakı mövcud vəziyyətlə tanış olub.