Bakıda 21 yaşlı gəlin ərinin yaxın dostu tərəfindən qaçırıldı

Bakıda 21 yaşlı gəlin ərinin yaxın dostu tərəfindən qaçırıldıBakıda ailəli olan gənc qadının qaçırılması ilə bağlı bu gün polisə müraciət daxil olub.

Telexeber.az publika.az-a istinadən xəbər verir ki, polisə Binəqədi qəsəbəsi ərazisindən 1999-cu il təvəllüdlü Aysel Məmmədovanın (ad və soyadlar şərtidir) həyat yoldaşının dostu tərəfindən qaçırılması ilə bağlı müraciət daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırmaq üçün ailəyə baş çəkib. Məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Ailələrin üzvləri məsələ ilə bağlı polis şöbəsinin qarşısında toplaşıb.

Hadisənin təfərrüatlar barədə əlavə məlumat veriləcək.
Популярный ролик