SON DƏQİQƏ: Egey dənizində təxribat - Yunanıstan qırıcıları türk gəmisini hədəfə aldı
- 23.02.2021, 22:00,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Yunanıstan Hava Qüvvələrinə məxsus qırıcılar Egey dənizinin beynəlxalq sularında araşdırmalar aparan Türkiyəyə məxsus “TCG Çeşmə” adlı gəmiyə qarşı təxribat törədib.
Telexeber.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Qırıcıların gəmiyə yaxınlaşması həyəcanlı anların yaşanmasına səbəb olub. Türk gəmisinə 4 qırıcının yaxınlaşdığı bildirilir.
Məsələ barədə açıqlama verən Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib ki, qanunlar çərçivəsində Yunanıstana cavab verilib.