Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTOVətən Müharibəsinin iştirakçısı Nurlan Muradov vəzifəyə təyin edilib.

Telexeber.az xəbər verir ki, Nurlan Şaiq oğlu Muradov Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nurlan Muradov 1996-cı ildə Masallı rayon Köhnə Zuvand kəndində anadan olub. 2003-2011-cı illərdə Köhnə Zuvand kənd orta məktəbində təhsil alıb, 2011-2013-cü illərdə təhsilini Yeni Zuvand tam orta məktəbində davam etdirib. 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsini bakalavr dərəcəsi üzrə bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib, 2018-2020-ci illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbi xidmətini davam etdirib.

Əmək fəaliyyətinə 2020-ci ildə Masallı rayon Heydər Əliyev Mərkəzində İstilik Sistemləri üzrə Mühəndis kimi başlayıb. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Cəbrayıl-Qubadlı istiqamələrində gedən döyüşlərdə şücaətlə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli sərəncamı ilə leytenant Nurlan Şaiq oğlu Muradov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Subaydır.
Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO
Популярный ролик