Balakəndə sex yandı
- 15.03.2021, 13:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Balakən rayonunda yanğın hadisəsi olub.
Bu barədə Telexeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, rayonda ümumi sahəsi 2100 m² olan mebel sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.