Bakıda döyülərək yola atılan iki gənc qız kimdir?
- 17.03.2021, 09:29,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.
Telexeber.az xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.
Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb. Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.