Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı

Azərbaycanda virusa yoluxanların sayı kəskin artdıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Telexeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.

Son sutkada 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.
Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı
Популярный ролик