Azərbaycanda ana bətnindəki uşağı öldürmək istədi, özü öldü

Azərbaycanda ana bətnindəki uşağı öldürmək istədi, özü öldüŞabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib.

Telexeber.az xəbər verir ki, rayonun Ceyranlı kənd sakini Məleykə Vahab qızı Yusifova martın 26-sı gecə 03.40 radələrində dünyasını dəyişib.
Hadisə yerinə Şabran prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, gənc qadın hamilə olub və o bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və Məleykə Yusifova vəfat edib.

İlkin olaraq məlum olub ki, 21 yaşlı ana bətnindəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib. Bütün bu ehtimalları Şabran rayon prokurorluğunda başlanan araşdırma müəyyən edəcək. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir. (modern.az)
Популярный ролик