Samuxda gənc qadın dəm qazından zəhərləndi
- 29.03.2021, 09:56,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Samuxda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Telexeber.az xəbər verir ki, hadisə rayonun Füzuli kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Sadıqova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 29 yaşlı qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.