Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edildi
- 09.07.2021, 08:13,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.
Bu barədə məlumatı Telexeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.