Telexeber.az xəbər verir ki, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.