16 yaşlı oğlan anasını söyən kişini öldürdü
- 13.07.2021, 10:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.
1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.
Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.