"BakuBus"avtobusunda yanğın oldu, sərnişinlər təxliyə edildi - FOTO
- 13.08.2021, 21:45,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda sərnişin avtobusunda yanğın olub.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.
Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.