Biləsuvarda körpəsini çaya atan qadının atası vəfat etdi

Biləsuvarda körpəsini çaya atan qadının atası vəfat etdiÖtən gün Biləsuvarda körpəsi ilə birgə intihara cəhd edən Gülər İmanzadənin atası Kamal İmanov vəfat edib.

Telexeber.az xəbər verir ki, Poladın babası bu gün ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, K.İmanov uzun illər sakini olduğu Nəsimikənd kəndində icra nümayəndəsi olub.

Xatırladaq ki, ötən gün səhər saatlarında Biləsuvarda Gülər İmanzadə azyaşlı körpəsini və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib.
Популярный ролик