Deputatın polisi döydüyü restoran satışa çıxarıldı - FOTO
- 17.08.2021, 10:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin həbs edilən deputatı Eldəniz Səlimovun polis əməkdaşı Zaur Mirzəyevi döydüyü Xaçmaz rayonunun Bakı prospektində yerləşən "Starıy dvor” restoranı satışa çıxarılıb.
Telexeber.az Bakupost.az-a istinadən xəbər verir ki, artıq restoranın üzərinə “Satılır” yazılan lövhə də vurulub.
Saytımızın əməkdaşı restoranla əlaqə saxlayıb.
Restorandan bildirilib ki, əmlak 400 min manata satılır. 600 kvadrat olan obyektin 10 sot həyətyani bağ sahəsi də var.
Məlumat üçün bildirək ki, hadisə baş verən zaman restoranın deputata məxsus olduğu iddia olunurdu.