Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ

Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

BEŞ.AZ xəbər verir ki, Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.
Популярный ролик