Müğənni Aygül Səfərova İnstaqram hesabında canlı yayım açaraq ona kök deyən izləyicilərinə etiraz edib.
Telexeber.az xəbər verir ki, canlı yayımda qarnını açan müğənni əzələlərini nümayiş etdirərək əməliyyat etdirmədiyini, idman və sağlam qidalanma ilə formada qaldığını bildirib. Xanım müğənni çəkisinin 70 deyil, 56 kilo olduğunu, efirin onu kök göstərdiyini izləyicilərinin nəzərinə çatdırıb.