Azərbaycanda əyani tədris tam bərpa olunub
- 29.09.2021, 11:03,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb.
Təhsil Nazirliyindən Telexeber.az-a verilən xəbərə görə, bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.