“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldı

“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldıBakının Xətai rayonunda icazəsiz inşa etdiyi binanın tikintisi zamanı "Lider" idman klubunun obyektini dağıdan “Olympus Park”la bağlı cinayət işi başlanıldığı bildirilir.

İdman klubunun sahibi İlham Sərdarov Telexeber.az-a bildirib ki, Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həmçinin, müvafiq qurumlar tərəfindən şirkətin sökülən “Lider” idman klubunun yerində inşa etdiyi binanda isə tikinti işlər dayandırılıb.

İ. Sərdarov qeyd edib ki, həmin ərazidə iki bina tikilib, üçüncü bina tikilərkən onun obyekti də sökülməli olub. Lakin şirkət İ.Sərdarovla məbləğdə razılaşmayıb:

“Bu il martın 20-si gecə saat 4 radələrində mənə zəng edib dedilər ki, sizin zalı sökürlər. Mən gəlib gördüm ki, 30 mühafizəçi ilə ekskovator gətirib zalı sökürlər. Məni görəndən sonra onlar qaçdı, amma obyektin bir hissəsini söküb avadanlıqlara da ciddi ziyan vermişdilər. Zalın ölçüsü 315 kvadratmetrdir, 240 kvadrat metr üçün “kupça” (çıxarış) verilib, 150 kvadrat da həyəti var. İndi demək olar ki, zal məhv olub. Binanı “Olympus Park”ın ekskovatoru ilə söküblər”.

O qeyd edib ki, məhkəmə araşdırması zamanı şirkətin icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başladığı üzə çıxıb: “Mənim obyektimi də tikintiyə icazə almadan söküblər. Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib. Həmin vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilirdi".

İ.Sərdarov bildirir ki, obyekti şirkətə təhvil vermək üçün 1,5 milyon manat ödəniş istəyib: “Onlar 300 kvadrat yer və 300 min manat təklif ediblər, mən də razılıq verməmişəm. Şirkətin mənim zalımı qanunsuz olaraq sökməsi ilə bağlı məhkəməyə də müraciət etmişəm, zalın bərpa edilməsini və 1 milyon manat təzminat tələb etmişik".

“RS Construction” MMC-nin Nobel layihəsi üzrə icraçı direktoru Mehdi Bədirov bildirib ki, “Lider” idman klubunu qəsdən yox, bilmədən söküblər: “İlham Sərdarov bizim təkliflərimizlə razılaşmır, əvvəl 2 milyon manat tələb edirdi, indi 1,5 milyon istəyir. Bizdə də o qədər pul yoxdur”.
“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldı
“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldı
“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldı
Популярный ролик