Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb

Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıbKənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb.

Telexeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Nazirliyə aşağıdakı yeni funksiyalar həvalə olunub:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil edir və onların icrasına nəzarəti həyata keçirmək;

- Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri və təchizat norması Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.
Популярный ролик