Allahşükür Paşazadə rusiyalı həmkarı ilə görüşəcək
- 11.10.2021, 13:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.
Telexeber.az-a QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.