Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb2021-ci ilin 9 ayı ərzində Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 48 530 nəfər istiqamətləndirilib.

Bu barədə Telexeber.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 9 033 nəfərindən 1 838-nin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Göstərilən dövr ərzində Dövlət Komissiyasının “802 Qaynar xətt” telefon xidmətinə 601 müraciət daxil olub ki, onların 135-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 145-i narkotik asılılıqdan müalicə, 321-i isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 280 məktub ünvanlanıb.
Популярный ролик