Təhsil Nazirliyi VACİB məlumat yayıb - Məktəblər noyabrın 1-dən...
- 20.10.2021, 09:10,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin əyani şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.
Telexeber.az xəbər verir ki, bu iddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov aydınlıq gətirib.
Qurum rəsmisi "Facebook" hesabında yazıb:
"Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir".