Bayram Nurluya AĞIR İTKİ: Xəstəxanaya yerləşdirildilər / Ölən var

Bayram Nurluya AĞIR İTKİ: Xəstəxanaya yerləşdirildilər / Ölən varQaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.

Telexeber.az-ın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.

Xəxstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Популярный ролик